Avstriyanın enerji şirkəti “OMV” Rusiyadakı “Acimov” qaz yatağında 24,98 faiz pay almaq üçün “Qazprom”la danışıqları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir ki, “OMV”nin direktorlar şurası Rusiyanın Urenqoy vilayətindəki “Acimov” qaz yatağının işlənməsi layihəsində iştirak paylarının alınması ilə bağlı danışıqları davam etdirməmək qərarına gəlib.
“OMV” sözügedən sahədə 24,98 faiz pay almağı planlaşdırırdı.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir-birinin ardınca Avropa və ABŞ enerji şirkətlərinin ölkədəki investisiyalarından və layihələrindən geri çəkilmək qərarına gəlib.
“bp”, “Shell”, “Equinor” və “ExxonMobil” indiyə qədər ölkədəki layihələrdən çıxmaq və birgə müəssisələrindəki paylarından imtina etmək qərarına gəlsə də, “TotalEnergies” Rusiyaya heç bir yeni investisiya qoymayacağını açıqlayıb.