Əlcəzair prezidenti Abdülməcid Təbbunun ölkədən yağ, şəkər, buğda və onun törəmələri kimi qida məhsullarının ixracını qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əlcəzairin rəsmi qurumu məlumat yayıb.
Bildirilir ki, Rusiya-Ukrayna müharibəsi zamanı ərzaq məhsullarının tədarükündə yaranan fasilələr ölkələrin ərzaq ixracını məhdudlaşdırmasına səbəb olub.
Ədliyyə Nazirinə yerli istehsal olmayan məhsulların ixracını cinayət məsuliyyətinə cəlb edən qanun layihəsinin hazırlanması tapşırılıb.
Təxminən 1,3 milyon ton buğda istehsalına malik Əlcəzair hər il 9-12 milyon ton buğda istehlak edir.