16 Mart 2022 18:14
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumundan sonra bəzi ölkələrin və idxalçı şirkətlərin tətbiq etdiyi əlavə sanksiyalar səbəbindən aprel ayında Rusiyada neft hasilatı gündəlik təxminən 3 milyon barel azala bilər.

Teleqraf.com-un məlumatına görə, bunu Beynəlxalq Enerji Agentliyi (İEA) proqnozlaşdırır.

BEA-nın fevral ayı üzrə “Neft Bazarı Hesabatı”na əsasən, iri neft şirkətləri, lojistik şirkətlər və banklar Rusiya ilə əməkdaşlıq etməkdən yayınırlar.

Rusiyaya qarşı daha çox sanksiya tətbiq ediləcəyi təqdirdə, ixtisarların məbləği artacaq.

Hesabata görə, Rusiya-Ukrayna müharibəsindən əvvəl bağlanmış razılaşmalara əsasən, Rusiyadan neft idxalı davam edir, lakin yeni müqavilələr bağlanmır.

Bir çox ölkələr Rusiya-Ukrayna müharibəsinin yaratdığı tədarük ehtiyatı ilə bağlı alternativlər axtarmağa başlayıb. OPEC+ qrupu isə bu axtarışlara həll yolları tapmaqda məsafə saxlayır və hasilatı sutkada 400 min barel artırmaq barədə əvvəlki qərarından sadiq qalmağa üstünlük verir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər