Yaponiya hökuməti artan enerji və ərzaq qiymətlərinin qarşısını almaq üçün 2,7 trilyon yen (21 milyard dollar) məbləğində əlavə büdcə layihəsi hazırlayıb.
Teleqraf.com xəbər verir ki, Yaponiya hökuməti həftə ərzində əlavə büdcə layihəsini təsdiq edəcək.
Hökumət Rusiya-Ukrayna müharibəsindən sonra artan enerji və ərzaq qiymətləri qarşısında insanlara dəstək verəcək. Əlavə büdcə neft tədarükçülərinə subsidiya vermək və aztəminatlı ailələrə uşaq başına 50 min yen (386 ABŞ dolları) məbləğində nağd subsidiya vermək üçün istifadə olunacaq.
Neft tədarükçülərinə 2023-cü ilin martında bitən maliyyə ili üçün büdcədən 1,2 trilyon yen (9,2 milyard dollar) tranşla subsidiya veriləcək.
Əlavə 1,5 trilyon yen (11,7 milyard dollar) COVID-19-la mübarizə və məişət yardımlarını əhatə edən ehtiyat fonduna köçürüləcək.