15 Avqust 2022 13:38
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin istehsal etdiyi maşınların sayı 3 milyonu ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tesla”nın baş direktoru İlon Mask Tvitter hesabında məlumat paylaşıb.

O, bir milyon avtomobil istehsal edən “Giga Şanxay” fabrikini təbrik edib: “Giga Şanxay”ı milyonuncu avtomobilin istehsalı münasibətilə təbrik edirik! Ümumi Teslaların sayı artıq 3 milyonu ötüb”.

Qeyd edək ki, iyul ayında “Tesla” ikinci rübdə illik 26,5% artımla 254,695 avtomobil tədarük etdiyini açıqlamışdı. Lakin bu rəqəmlər “Tesla”nın avtomobil nəhəngləri ilə müqayisədə nə qədər kiçik olduğunu göstərir.

Məsələn, “Toyota” təkcə 2021-ci ildə 10 milyondan çox avtomobil tədarük edib. “Tesla” bu ilin əvvəlində avtomobil tədarükünü hər il 50 faiz artırmağı planlaşdırdığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı