Bu il oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciət üzrə 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib", - nazir qeyd edib.