Avropa İttifaqının Rusiyaya gətirdiyi yanacaq idxalına qadağa neft emalı zavodlarının səmərəliliyinin azalmasına səbəb olarsa, Rusiya xam neft ixracını artıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
O bildirib ki, neft məhsullarının satışında problemlər yaranarsa, neft emalı zavodunu müəyyən qədər əlavə həcmdə neft ixrac etməklə əvəz etmək olar: “Aİ-nin qadağasının Rusiya neft emalı zavoduna ümumiyyətlə, təsir etməyəcəyi ehtimalı hələ də var. Rusiya gələn il ən azı 490-500 milyon ton neft hasil edəcək. Bu, ton başına 7,33 barel nisbətində gündəlik təxminən 9,84 milyon bareldən 10,04 milyon barelə bərabərdir”.
Qeyd edək ki, Aİ-nin Rusiyadan neft məhsullarının idxalına qadağası fevralın 5-dən qüvvəyə minir və dekabrın əvvəlindən tətbiq edilən xam neft idxalı məhdudiyyətinə əlavə olaraq gəlir.