17 Fevral 2023 16:03
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftənin hər cümə günü SOCAR “Azəriqaz” İB-də keçirilən “Açıq qapı” aksiyasında bu dəfə media nümayəndələrinin görüşündə qurumun Şikayətlərin Araşdırılması Şöbəsinin rəisi İbrahim Kərbalayev və Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək iştirak edib.

Teleqraf.com xəbər verir ki, aksiyada ilk olaraq çıxış edən İbrahim Kərbalayev cari ilin yanvar ayında Birliyə daxil olan müraciətlərin sayını açıqlayıb.

Şöbə rəisi ötən ay 1399 müraciətin ünvanlandığını qeyd edib. Qurum rəsmisi bu rəqəmin ötən ilin analoji dövrü ilə müqayisədə azlıq təşkil etdiyini vurğulayıb.

İbrahim Kərbalayev 2023-cü ildə qaz infrastrukturunda qarşıya qoyulan hədəflərdən də söz açıb. O qeyd edib ki, cari il ərzində 150-yə yaxın yaşayış məntəqəsində qazlaşma və yenidənqurma işlərinin görülməsi planlaşdırılıb.

Xalidə Şimşək isə Qəza Çağrı Xidmətinə fevral ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi bu rəqəmin 66515 olduğunu bildirib.

Ünvanlanan müraciətlərin bəzi hallarda təkrarlandığını qeyd edən Xalidə Şimşək qazlaşdırma işləri ilə əlaqədar 739 müraciətin qeydə alındığını vurğulayıb. Bunlardan 9-u isə özlərini podratçı kimi təqdim edən işbazların qurbanına çevrilən vətəndaşlara məxsusdur.

Bu baxımdan şöbə rəisi işbazlardan uzaq olmaq üçün Birliyin “azeriqaz.az” rəsmi internet səhifəsinə daxil olaraq orada qeyd olunan lisenziyalı podratçı şirkətlərdən biri ilə müqavilə əsasında qazlaşdırma işlərini görməyi tövsiyə edib.

Aksiya jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər