17 Aprel 2023 13:07
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın borcunu ödəməməsi bütün dünyada ağır nəticələrə səbəb olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristina Laqard deyib.

O, eyni zamanda ABŞ-ın borcunu ödəyə bilməyəcəyini qabaqcadan proqnozlaşdırmadığını da söyləyib: “ABŞ-a güvənim böyükdür. Onların belə böyük bir fəlakətin baş verməsinə icazə verəcəklərinə inana bilmirəm. Əgər bu baş verərsə, təkcə etimadın sarsılacağı bu ölkə üçün deyil, həm də dünya üçün çox mənfi təsir göstərəcək. Amma millətin ali maraqlarının üstünlük təşkil etdiyi vaxtlar da olur”.

Laqard kredit məsələsində ABŞ Maliyyə naziri Yellenin fikirlərini dəstəkləyib. O qeyd edib ki, kreditlərin məhdud şəkildə sərtləşdirilməsi ECB-nin işini asanlaşdıra bilər: “Avrozonada inflyasiya ilə mübarizə üçün daha çox faiz dərəcələrinin artırılması təzyiqi ilə qarşı-qarşıyayıq. Əgər banklar çox kredit verməsələr və risklərini idarə etsələr, bu, ECB-nin inflyasiyanın aşağı düşməsi üçün görməli olduğu işi azalda bilər. Lakin onlar kreditləri çox azaltsalar, bu, artıma yersiz təzyiq yaradır”.


Müəllif: Yeganə Oqtayqızı