22 May 2023 20:29
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD - İƏİT) ölkələrində dövlətlərin borclanma ehtiyaclarının 6 faiz artaraq 12,9 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu rəqəm ötən il 12,2 trilyon dollar olub.

Teleqraf.com OECD-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi çətinliklər hökumətlərin borclanma tələbini artırıb.

Digər tərəfdən, epidemiya tədbirlərinin təsirli olduğu 2020-ci ildə dövlətlərin borc ehtiyacları 15,4 trilyon dollara çatıb.

Hesabata görə, dövlətlər 10 il əvvələ nisbətən 45 faiz artıq borc alırlar.

OECD məkanında ümumi borc ehtiyatı 2019-2021-ci illərdə 10 trilyon dollar artaraq 50 trilyon dollara çatıb. Ötən il sabit qalan borc ehtiyatının 2023-cü ildə 52 trilyon dollara çatacağı təxmin edilir.

Yüksək inflyasiyaya qarşı monetar siyasətin sərtləşdirilməsi səbəbindən 2021-ci ildən bəri OECD ölkələri üçün borclanma xərcləri iki dəfədən çox artıb. OECD ərazisində hökumətlərin xalis borclanma xərcləri 2021-ci ildəki 1,4 faizdən 2022-ci ildə 3,3 faizə yüksəlib. Bu nisbətin qısa müddətdə artmağa davam edəcəyi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı