5 İyun 2023 18:33
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması üçün heç bir ehtimal görmürük”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.

Nazir müavini beynəlxalq qurum və təşkilatlarla danışıqların aparıldığını qeyd edib: “Sazişin hər iki hissəsi üzrə BMT rəsmiləri ilə məsləhətləşmələri davam etdiririk. İstanbulda imzalanan müqavilələrdə ammonyak ixracının da yer aldığını dəfələrlə demişik. Bu o deməkdir ki, ammonyak kommersiya müqaviləsi əsasında ixrac edilə bilər. Kiyev administrasiyasının bu məsələni başqa şərtlərə və ya tələblərə bağlamağa çalışması çox pisdir və bu, vəziyyəti kilidləyir”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ərzaq böhranı riskini aradan qaldırmaq məqsədilə 22 iyul 2022-ci ildə Rusiya, Ukrayna, BMT və Türkiyənin birgə səyləri ilə yaradılan “Taxıl dəhlizi sazişi” İstanbulda imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı