16 Sentyabr 2023 10:34
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Bayden ABŞ-da üç böyük avtomobil şirkətində baş verən tətillərlə bağlı şirkətləri işçiləri ilə qazanclarını bölüşməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında heç kimin tətil istəmədiyini deyib.

“Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının üç ən böyük avtomobil istehsalçısı ilə əmək mübahisəsində tətilə əl atılmasını heç kim istəmir. Lakin işçilər bu şirkətlərin əldə etdikləri mənfəətdən pay almalıdırlar. Mən işçilərin kollektiv müqavilə sistemi çərçivəsində hüququna hörmət edirəm”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, ABŞ Birləşmiş Avtomobil İşçiləri (UAW) Detroitdəki üç köhnə avtomobil istehsalçısında əmək haqqı və iş təhlükəsizliyinə görə işçilər tətilə başlayıblar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər