Fiziki şəxslər üçün Qazaxıstana malların rüsumsuz idxal həddi daha altı ay uzadılıb.
Teleqraf.com Avrasiya İqtisadi Komissiyasına istinadla xəbər verir ki, qərar Rusiya tərəfinin təşəbbüsü ilə qəbul edilib.
Belə ki, 2024-cü il aprelin 1-dək fiziki şəxslər üçün malların rüsumsuz idxalı üçün həddi 1000 avro, daşıyıcı tərəfindən və ya poçt göndərişlərində daşınan, hava istisna olmaqla bütün nəqliyyat növləri ilə baqaj kimi gətirilən mallar üçün 31 kq təşkil edəcək.
Əgər malın dəyəri bu məbləği keçərsə və ya çəkisi 31 kq-dan çox olarsa, rüsum ödəməli olacaqsınız.