19 Oktyabr 2023 11:48
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavoduna (NEZ) gündəlik 200 min barelə qədər Rusiya xam neftini tədarük etməyə başlayacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, əldə olunan razılaşma sayəsində SOCAR Türkiyədəki obyektdə neft hasilatını xeyli sürətləndirəcək.

Qeyd edək ki, keçmişdən bu günə yaxın əlaqələr quran SOCAR və “Lukoyl” Rusiya-Ukrayna müharibəsində Qərbin tətbiq etdiyi sanksiyaların təsirinə düşməmək üçün xam neft tədarükü ilə bağlı yeni razılaşma əldə ediblər.

Türkiyədəki STAR-a gündə 200 min barel xam neft tədarük etmək üçün qollarını çırmalayan SOCAR “Lukoil” ilə 1,5 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.

İllik 11 milyon ton xam neft emal gücü ilə seçilən STAR 2018-ci ildə istifadəyə verilib.

Daxili bazar üçün istehsal edən STAR daha çox dizel və təyyarə yanacağı istehsalı ilə seçilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər