1 Noyabr 2023 21:04
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1 000 manatdan 2 500 manata qaldırılması, fiziki şəxs olan istehlakçıların ödədiyi ƏDV-nin geri qaytarılmasına görə əldə olunan gəlirlərin rəsmi şəkildə vergidən azad edilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com