Çində istehsal fəaliyyəti dekabr ayında gözləniləndən daha çox daralmağa davam edib. Bu, ölkə iqtisadiyyatının bərpası perspektivlərinə kölgə salır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Britaniya agentliyi qeyd edir ki, rəsmi satınalma indeksi (PMI) dekabrda 49.4-dən 49.0-a düşüb.
“Siyasi dəstəyi gücləndirməliyik, əks halda artımın ləngiməsi tendensiyası davam edəcək. Düşən qiymətlər korporativ mənfəətə ciddi təsir göstərib, bu da öz növbəsində məşğulluğa və insanların gəlirlərinə təsir edib. Pis bir gəlişmə görə bilərik”, - çinli iqtisadçıları deyirlər.
Bundan əlavə, sənaye fəaliyyəti zəif tələbdən təsirlənir. Bəzi şirkətlər bildirirlər ki, xarici sifarişlərin azalması və daxili ödəmələrə tələbatın olmaması əsas problemlərdir. Beləliklə, yeni sifarişlərin subindeksi üçüncü ay ardıcıl azalaraq 48.7 olub.
“Röyter” yazır ki, dekabrda yeni ixrac sifarişlərinin indeksi ardıcıl doqquzuncu ay azalaraq 45.8 olub.