31 Yanvar 22:06
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) iştirakçısı olan türkdilli ölkələrin gömrük xidmətləri elektron xidmətlərin vahid tranzit portalının yaradılması ilə bağlı çərçivə sazişi hazırlayır.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə deyib.

"Biz Azərbaycanda lazımi bütün dövlətdaxili işləri görmüşük. Hazırda beynəlxalq tranzit dəhlizində boyu yerləşən türkdilli dövlətlərin də işləri tamamlamasını gözləyirik. O zaman gömrük xidmətlərinin vahid tranzit portalı yaradılacaq. Müvafiq çərçivə sazişi üzərində iş gedir", - o qeyd edib.

C.Quluzadə bildirib ki, gömrük xidmətlərinin uyğunlaşdırılması və unifikasiyası müəyyən vaxt aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər