Bazar ertəsi rublun məzənnəsi dünyanın əsas valyutalarına nisbətdə yenidən ucuzlaşıb. Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, Moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb.
Rusiya birja indeksləri də qiymətdən düşməkdə davam edib. Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb. Dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək aşağı enib.
RTS dollar indeksi isə dəyərinin 5 faizi qədər azalıb.
.