2024-cü ildə Azərbaycanda sahələrdən 927,4 min ton kartof yığılıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 46,7 min hektar sahədən kartof yığılıb. 2023-cü ilin hesabat dövründə kartof yığılmış sahələr 49,4 min hektar olub. Göstərilən dövrdə məhsuldarlıq 1 milyon tondan çox olub.
Beləliklə, kartof istehsalı 2023-cü illə müqayisədə 2024-cü ildə 8,2 faiz azalıb.