2024-cü ildə meyvə şirələri, o cümlədən konservləri və şəkərli qənnadı məmulatlarının istehsalı 2023-cü illə müqayisədə azalıb.
Teleqraf.com xəbər verir ki, ötən il meyvə şirələrinin istehsalı illik əsasda 7,6%, konservlərin istehsalı isə 5,2% azalıb. Şəkərli qənnadı məmulatlarının istehsalında azalma 9,6 faiz olub.
Üzüm şərabı istehsalında da azalma baş verib. Bu məhsul növünün istehsalı 7,8% aşağı düşüb.
Əvəzində 2024-cü ildə 2023-cü illə müqayisədə kolbasa, unlu qənnadı məmulatları, çay, qida duzu, pendir, yağ istehsalı artıb.