2024-cü il kənd təsərrüfatının ümumi məhsul dəyəri 12 milyard 995,2 milyon manat təşkil edib. Bunun 6 milyard 832,9 milyon manatı heyvandarlıq, 6 milyard 162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Teleqraf.com xəbər verir ki, kənd təsərrüfatının ümumi məhsulunun strukturunda bitkiçiliyin payı 47,4%, heyvandarlıq məhsullarının payı isə 52,6% olub.
Qeyd edək ki, 2023-cü il ilə müqayisədə bitkiliyin ümumi məhsil strukturunda payı 1,2% azalıb.
Ümumilikdə isə ötən il 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artım qeydə alınıb.