“Bizim əsas hazırlığımız Avropa Oyunları ilə bağlı Azərbaycana gələn xarici vətəndaşların əl yüklərinin, baqajlarının yoxlanılması, eyni zamanda ölkəyə daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi işinin təşkil olunmasıdır”.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Komitə sədri bu sahədə işlərin uğurla başa çatdığını bildirib: “Həmçinin idman mərkəzlərinin tikintisi ilə bağlı ölkəyə gətirilən tikinti materiallarının gömrük sənədləri rəsmiləşdirilir”.
Aydın Əliyev vurğulayıb ki, sərhəd-keçid məntəqələrində gömrük əməkdaşları üçün xüsusi treninqlər həyata keçirilir: “Çünki oyunlar zamanı gömrük əməkdaşları gərgin iş rejimində fəaliyyət göstərəcəklər. Bir neçə il bundan əvvəl Azərbaycan həm “Sərhəd gömrük qaydaları” haqqında, həm də “Daxildə müəyyən qaydalar” haqqında xüsusi yaddaş kitabçaları hazırlayaraq əməkdaşlara təqdim etmişik”.
Naibə QURBANOVA