9 Aprel 2015 01:04
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin mart ayında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib.

SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2015-ci ilin yanvar-mart aylarında büdcəyə 340 milyon 443 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.

Naibə QURBANOVA


Müəllif: