Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədilə müxtəlif müsabiqələr keçirir.
AMB-dən Teleqraf.com-a verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 2014-cü ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə müsabiqə keçirilib və ayrı-ayrılıqda nominasiyalar üzrə aşağıdakı qaliblər mükafatlandırılıb.
I yer “Bank of Baku” ASC;
II yer “AFB Bank” ASC;
III yer “Bank Respublika” ASC.
I yer “Bank Respublika” ASC;
II yer “Bank of Baku” ASC;
III yer “Bank Technique” ASC.
I yer “Bank of Baku” ASC;
II yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
III yer “Unibank” ASC.
I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
II yer “Unibank” ASC;
III yer “Kapital Bank” ASC.
Eyni zamanda, müsabiqədə daha aktiv olan bankların fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə nominasiyalar üzrə ilk onluğa daxil olan aşağıdakı banklara Mərkəzi Bank tərəfindən təşəkkür məktubu təqdim edilib.
|
|
|
|
|
|
|
|
|
|
Mərkəzi Bank 2015-ci ildə ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi və yeni ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi məqsədilə “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” adlı əlavə iki yeni nominasiya elan edib.
AMB bundan sonra da ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirəcək.