26 İyun 2015 08:09
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər” layihəsinə başlayıb.

Layihə çərçivəsində bu il ərzində regionlarda təlimlər keçiriləcək. Bu məqsədlə ilk tədbir Ağcabədi rayonunda təşkil olunub.

Konfederasiyadan Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, informasiya-kommunikasiya texnologiyaları, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə təlimlərə cəlb etməklə onlar arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə mövcud durum araşdırılıb və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən olunub.


Müəllif: