Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin iyun ayında dövlət büdcəsinə 123 688 000 manat vəsait ödənilib.
Trend SOCAR-a istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728 730 000 manat (ötən ilin analoji dövrü ilə müqayisədə 24,7 faiz az) vəsait ödənilib.
Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 942 000 manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çox olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 784 000 manat (ötən ilin analoji dövrü ilə müqayisədə 3,4 faiz az) təşkil edib.