Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev tutduğu vəzifədən istefa verib.
"Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda deyilir. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
Qeyd edək ki, R.Ağayev bu vəzifəyə 14 il əvvəl təyin edilmişdi.
Onun yerinə tanınmış jurnalist Yadigar Cəfərli təyin olunub. O, bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.