Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2016-cı ilin payız sessiyası üçün ilk iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, 2015-ci ilin yaz sessiyasının aqrar siyasət komitəsi üçün uğurlu olduğunu qeyd edən komitə sədri Eldar İbrahimov bildirib ki, ötən sessiyada komitə tərəfindən 1 yeni, 13 qanuna isə əlavə və dəyişikliklər müzakirə edilib. Hesabat dövründə komitəyə 71 vətəndaş ərizə və şikaətlə müraciət edib. Komitə sədri payız sessiyasında da bir sıra mühüm qanunların qəbul olunacağını bildirib: “Bu il ölkəmizdə “Kənd təsərrüfatı ili” qeyd edilir. Bu münasibətlə Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlu naliyyətlər əldə edilib. Belə ki, respublikada ilk dəfə olaraq 2,7 milyon ton taxıl yığılıb, hər hektara düşən məhsuldarlıq 30,5 sentner olub. Ümid edirik ki, yeni suvarma sistemləri istifadəyə verildikdən sonra məhsuldarlıq daha da artacaq”.
Komitə sədri onu da bildirib ki, payız sessiyasında komitə tərəfindən bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq. Bura Torpaq Məcəlləsi, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Bələdiyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi və “Kənt təsərrüfatı kooperasiyası haqqında” qanunlar daxildir.
Nemət