14 Mart 2016 15:44
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ikinci ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 7,75 faiz təşkil edib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada yerləşdirilən depozit və əmanətlərdə faiz dərəcəsi 7,67 faiz olub. Yanvar ayında bu rəqəm manatla əmanətlər üzrə 8,08, xarici valyuta ilə 8,06 faiz təşkil edib.


Verilmiş kreditlər üzrə faizlər də diqqət çəkib. Fevralda bir ildən üç ilə qədər manatla verilmiş kreditlərin faiz dərəcəsi 16,94 faiz, xarici valyuta ilə 14,17 faiz təşkil edib. Faizlər əvvəlki ayla müqayisədə azalıb.


Müəllif: