18 May 2016 00:53
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan turizm naziri Maqomed İsayev turistlər üçün Rusiya-Azərbaycan sərhədində maneələrin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması barədə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın “Ria Novosti” agentliyi Dağıstan Turizm Nazirliyinə istinadən məlumat yayıb:

"Maqomed İsayev "yol xəritəsi" adlı sənədin hazırlanması üçün tapşırıq verib. Bu sənəd vasitəsilə turistlər Rusiya-Azərbaycan sərhədini keçərkən heç bir maneə ilə qarşılaşmayacaqlar. Mahaçqala-Bakı aviareysinin, eləcə də Dərbənd-Bakı ekspres qatarının iqtisadi cəhətlərini öyrənmək üçün işlər gedir".

Bir həftə müddətində Azərbaycan və Dağıstan turizm nazirliklərinin nümayəndələrindən ibarət xüsusi qrup yaradılacaq. Onlar turizm infrastrukturunun öyrənilməsi, azərbaycanlı və rusiyalı turistlərin maraqlarını cəlb edən marşurtların dəyərinin hesablanması ilə məşğul olacaqlar.

Samir


Müəllif: