Türkiyənin məşhur aktrisası Türkan Şorayın Azərbaycanda ona hədiyyə edilən tacdan yazıb.
Teleqraf.com xəbər verir ki, Türkan Şoray “İnstagarm”da gənclik illərində çəkdirdiyi fotosuna "Azərbaycan ziyarətimdə başıma taxılan tac ilə..." sözlərini yazıb.
Qeyd edək ki, T.Şoraya tac 1973-cü ildə Azərbaycana ilk səfəri zamanı hədiyyə edilib. O, sonuncu dəfə Bakıya keçən ilin dekabrında qızı ilə birgə səfər edib . Türkan Şoray həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.
Rəqsanə