Tanınmış aktrisa Culiya Roberts və 47 yaşlı həyat yoldaşı Deniel Moder Havay çimərliyində görüntüləniblər.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, 1990-cı illərdə “Gözəlçə” (Pretty Woman) filmi ilə bir anda ulduz olan Culiya Roberts kinooperator olan həyat yoldaşı Deniel Moderlə yay tətilini Havay adalarında keçirirlər.
Üç uşaq anası olan 48 yaşlı Culiya Roberts son illər olduğu kimi bu dəfə də adətinə xilaf çıxmayıb. O, dənizə girərkən bikini və ya mayo əvəzinə su idmanı (sörfinq) geyimi tərcih edib.
Bir çox yaşıdlarından daha yaxşı görünüşə sahib olsa da, o, illərin və hamiləliklərin təsirini üzərində daşıyır. Culiya Robertsin dənizə girmediyi vaxtlarda isə uzun tunik geyindiyi diqqətdən yayınmayıb.
Nihad