Məşhur aktyor və aktrisalar yalnız sənətləri ilə deyil, həm də şəxsi həyatları - sevgililəri, toyları, ayrılıqları ilə də gündəmdə qalmağı bacarırlar.
Teleqraf.com xarici mətbuata istinadən ayrılıqları ilə ulduz dünyasında sensassiya yaratmış məşhurların bəzilərini təqdim edir:
Sevgiləri ilə bir çoxlarını qısqandıran aktyor Conni Dep və model Keyt Moss cütlüyünün ayrılığı uzun müddət medianın gündəmindən düşmədi. Son ayrılığa qədər dəfələrcə ayrılıb, barışan cütlüyün bu qərarı vermələrinə səbəb Mossun səhvi olub. Belə ki, uşaqlarının olmasını istəyən Depp Keytin ondan xəbərsiz abort etdirdiyini biləndə çox əsəbləşib. Bu səhvi sevgilisinə bağışlamayan Conni bu münasibətə birdəfəlik son qoyub.
Ayrılığın ardından mediada hər iki məşhurun narkotikə, alkaqola qurşandığı, hətta intihara cəhd etdikləri ilə bağlı xəbərlər də yer alıb.
Hollivudun məşhur aktyoru Bredli Kuperlə model İrina Şeykin sevgi münasibətlərinin bitməsi də şok effekti yaratmışdı. Kuperdən öncə Kristian Ronaldo ilə sevgili olan Şeykin futbolçudan anasına görə uzaqlaşdığı deyilirdi. Mətbuatda yer alan xəbərlərə görə, İrana məşhur aktyordan da məhz bu səbəbə ayrılıb. Mətbuat model xanımın ayrılıqdan təsirlənmədiyini yazırdı.
Belə ki, Kuperlə münasibətinin başa çatmasından az sonra model xanımın adı həmkarı Stephan Ceymslə birgə çəkilib.
Hollivud tarixinin ən xoşbəxt cütlüklərindən olan aktyor Ben Afleklə Cennifer Qarner ötən il şok qərarla ayrıldıqlarını elan ediblər. 10 ilə yaxın birlikdə olan cütlüyün ailə həyatı Ben Aflekin evdə uşağa baxan dayə ilə yasaq münasibətinin ortaya çıxması ilə başa çatdı. Öncə dayəni işdən çıxaran Qarner bunun ardından tanınmış aktyordan ayrılacağını elan etdi.
Ailəsinin dağılması Ben Aflekə çox pis təsir etdi.
Pərvin