28 İyun 2016 18:33
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayevanın Ağdam Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyevlə bağlı yazdığı şərh gündəm olub.

Sosial şəbəkələrdə Sərvər Əliyevin həyat yoldaşının onu qısqandığı üçün teatra gedib aktrisalarla mübahisə etdiyi haqqında xəbərə aktrisa belə şərh yazıb: “Gültəkin yenə hirslənib. Bu Sərvər də az aşın duzu deyil. Hər şey bir yana, mənim bayatılar kitabımı gətirib versin... Qorxuram arvadlar dalaşanda kitabımı cırarlar. Ay kişi, başın arvadbazlıqdan açılsın, kitabımı ver”.

Teleqraf.com Gülçöhrə Abdullayeva ilə müsahibəni təqdim edir.

-Gülçöhrə xanım, Sərvər Əliyev haqqında sosial şəbəkədə yazdığınız şərh diqqətə çıxdı. Sərvər müəllimi arvadbazlıqda günahladırmısınız…

-O şərhi zarafatla yazmışam. Mənim Sərvərlə zarafatım var, jurnalist də statusumdan xəbər düzəldib. Hər zaman Sərvərin statuslarını o tipli şərhlər yazmışam. Jurnalist də mənim dostumdur. Mənim Sərvər, Əjdər Zeynalov və bir çox insanlarla zarafatım var. Bu, ittiham deyil. Sadəcə zarafatla Sərvər haqqında yayımlanan xəbərə “arvadbazlıqdan başın açılsın, kitabımı qaytar” şərhini yazdım. Onun həyat yoldaşı Gültəkini də tanıyıram. Çox zəhmətkeş xanımdır.

-Sərvər Əliyevlə münasibətiniz necədir?

-Sərvərin gözünün qabağında böyümüşəm. Mən 10-cu sinfi bitirəndə, o, rejissor işləyirdi. Sərvərin həyat yoldaşı Gültəkin həssas qadındır, amma hansısa aktrisanı döyməsinə inanmıram. Adam döyən olsaydı, birinci bizi döyərdi.

-Yəni Gültəkin xanımın həyat yoldaşını qısqanmasına və aktrisa ilə mübahisə etməsinə inanmırsınız…

-Xeyr, bütün qadınlar həyat yoldaşını qısqanır. Gültəkin də dediyim kimi həssasdır. Həyat yoldaşım olmadığına görə məndə o hiss yoxdur. Həyat yoldaşını qısqanması normal haldır. Amma gedib, adam döysəydi, Bakıda bizi döyərdi. Hər zaman Sərvərin ətrafında idik. Bakıdan Ağdama niyə adam döyməyə getsin? İnandırıcı deyil. Bir daha deyim ki, şərhi zarafatla yazmışam. Sərvər o cür insan olsaydı, arvadbazlığı cavanlıqda edərdi, qocalıqda yox…

-Sərvər müəllim səsləndiyiniz fikirlərə görə məhkəməyə müraciət edəcəyini deyib…

-Sərvəri ittiham etməmişəm. Sərvər məni, mən də Sərvəri məhkəməyə verən deyilik. Kim nə deyir, özü bilər.

-Rejissor iddia edir ki, ona qarşı qara kampaniyaya başlanılıb…

-Mən kampaniyaya başlamamışam. Allah eləməsin. Ola bilər, kimsə ona qarşı kampaniyaya başlayıb. Əgər Sərvər zarafatımı qəbul etmirsə, onunla qarşılaşdıqda söhbət də etmərəm. Düzdür, Sərvəri uzun müdətdir görmürəm. Ona deməmişəm ki, ədəbazlıq edirsən, şorgöz adamsan və s. Bu cür yazsaydım, inciyə bilərdi. Gültəkinin teatra getməsinə gəlincə, kimin həyat yoldaşı teatra getmir ki. Daha mən demirəm ki, Sərvəri arvadbaz adam kimi tanıyıram. Təbii, o xarakterə sahib insan deyil.

Aylin


Müəllif:

Oxşar xəbərlər