18 İyul 2016 12:57
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevrilişə cəhd zamanı küçəyə çıxanlar sırasında məşhur müğənni Nihat Doğan da yer alıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihad Doğan sosial şəbəkədə "Milli Məclisi bombalayacaq qədər mənəviyyatsızlaşmış bu xainlərə qarşı bütün xalqımı küçələrə dəvət edirəm. Demokratiyaya sahib çıxın!" şərhini yazıb.

Mahmud bəy küçəsində iki tankın alındığını bildirən Nihat Doğan "Dünən küçələrə tankların qabağına çıxın çağırışına “özün çıx” deyən alçaqlar, biz onsuz da küçələrdə tankın üzərindəydik” deyərək bəzi insanları tənqid edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər