Xalq artisti Arif Quliyev səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında xəstəxanaya yerləşdirildiyini təkzib edib: “Həyat yoldaşım hepatitdən əziyyət çəkir. Xəstəxanaya onu aparmışdım. Qəflətən təzyiqim qalxdı. Yüksək təzyiqdən əziyyət çəkirəm. Xəstəxanada dərman verdilər, özümə gəldim. Sonra həyat yoldaşımı xəstəxanadan götürüb evə gəldim. O, aparata qoşulur. Maliyyə çətinliyinə görə kimdən nə gözləyim, neynəyim bilmirəm... Konsert filan verib, həyat yoldaşımın xərclərini düzəltməyə çalışacam”.
Rəqsanə