Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalovanın "Yandım evladım” adlı mahnısına çəkdirdiyi klipi işıq üzü görüb.
Teleqraf.com-un məlumatına görə, bəstənin musiqisi Tunar Rəhmanoğluna, sözləri ifaçının özünə aiddir.
Klipin rejissorluğunu Yekta Özbilen edib. Ekran işi Türkiyənin Çeşme bölgəsində lentə alınıb.