Türkiyədə 15 iyulda baş verən hərbi çevriliş hadisələrindən sonra keçirilən “Demokratiya və şəhidlər mitinqi”ni “şou” adlandıran müğənni Sıla sərt tənqidlərlə üzləşmişdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə bir neçə konserti təxirə salınan ifaçı çətin günlər keçirib.
Psixoloji gərginlikdən çıxmaq istəyən Sıla Yunanıstana tətilə gedib.
Qeyd edək ki, müğənninin 3 sentyabrda Bodrumda konserti olacaq.