“İlk dəfədir yaydan doymadım, çoxları kimi yayın bitməsini istəmirəm”.
Teleqraf.com xəbər verir ki, bunu xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova sosial şəbəkədə yazıb.
Xalq artisti yazıb: “Bu da 2016-cı ilin yayının son günü… Unudulmaz, yadda qalan yay günləri. Gözəl insanlarla, doğmalarımla, əzizlərimlə, dostlarımla keçirdiyim günlər mənə 2016-cı ilin yayını unutdurmayacaq…
Rəbbimə min şükür ki, bu günləri qismət elədi. İlk dəfədir ki, yaydan doymadım, çoxları kimi yayın bitməsini istəmirəm…Amma hər gözəl sonun daha gözəl başlanğıcı ümidi və inamı ilə 2016-cı ilin yayından ayrılıram. Əlvida, unudulmaz yay”.
Pərvin