5 Sentyabr 2016 13:59
4 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc xanəndə, IV Muğam Müsabiqəsinin iştirakçısı Ayşən Mehdiyeva yeni mahnısını tamaşaçılara təqdim edib.

Xanəndə Teleqraf.com-a açıqlamasında mahnını bütün analara həsr etdiyini söyləyib.

O ümid edir ki, mahnı tamaşaçılar tərəfindən seviləcək: “Allah anaları qorusun, başımızın üstündən əksik olmasınlar. Mahnı barədə bəstəkar və söz yazarından təklif gələndə sevindim və böyük məmnuniyyətlə qəbul etdim. Zənnimcə, çox gözəl bir əsər alındı.

Son sözü təbii ki tamaşaçı deyəcək. Düşünürəm ki, mahnıda Tahir Əkbər imzası varsa yaxşı iş olmalıdır”.

“Ana” mahnısının sözləri Tağı Sadiqin, musiqisi Tahir Əkbərindir.

Nərmin


Müəllif: