Məşhur müğənni Demet Akalın albom hazırlıqlarına başlayıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Demet Akalın “20 yıl” adlı albomu üçün 1.5 milyon xərcləyib. İfaçı tanınmış bəstəkar Ayla Çelikdən 5 mahnı alıb. O, hər mahnıya 60 min TL (təxminən 30 min manat) ödəyib. Alboma 15 mahnı daxildir. İfaçı bu albomla sənətdə olmasının 20-ci ilini qeyd edəcək.
Rəqsanə