8 Sentyabr 2016 17:34
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəngə tutulan məşhur rejissor Şahin Zəkizadə müalicə aldığı Qanköçürmə İnstitutundan Tədris Terapevtik xəstəxanasına köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu haqda rejissorun yoldaşı Səbinə Allahverdiyeva instaqram hesabında yazıb. O həmçinin yazdığı statusla bəzi insanlara cavab da vermiş olub: “Hər birinizin dualarını, dəstəyini görürəm, oxuyuram. Allah sizlərdən razı olsun. Amma ağzıgöyçəklər də var. Şahin can hayında, amma bunlar öz qeybətlərində… Utanın bir az. Düşmənimə belə bu xəstəliyi, çəkdiyim əziyyəti arzu etmirəm.

Çox xahiş edirəm, dəstəyinizi əsirgəməyin. Biganə yanaşmayın. Bu xəstəlik tez irəliləyən xəstəlikdir. Dəstəyə çox ehtiyacım var. Bu gün Şahin həkim məsləhətiylə Qanköçürmə İnstitutundan Tədris Terapevtik xəstəxanasına göndərildi. Görüş vaxt 17 00-dan 20 00-a kimidir. Yoldaşıma dəstək olun. Qarşıdan Qurban bayramı gəlir. Allah hər kəsin niyyətini, qurbanını qəbul etsin”.

Pərvin


Müəllif: