Dünən restoran açılışlarından birinə qatılan idmançı Kamil Zeynallı ilə stilist Samiraldo arasında qalmaqal yaşanıb.
Big.az saytının məlumatına görə, stilisti görən Kamil mikrofonu əlinə alaraq Samiri təhqir edib. Bununla kifayətlənməyən K. Zeynallı stilistə meyvə atmağa başlayıb. İdmançı bildirib ki, o oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.
Hadisə ilə bağlı musavat.com saytına açıqlama verən Kamil Zeynallı bildirib ki, etdiyi əməldən peşman deyil:
“Sahibkarlar şirkətlərini reklam etsin, amma Samiraldo kimisindən istifadə etməsin. Normal, savadlı, təhsilli insanlar dura-dura, bəzi məkanların açılışını Samirə tapşırır, qırmızı lenti ona kəsdirirlər. Dünənki məclisə Samirin gələcəyini bilsəydim, gəlməzdim. O məkanın sahibi dostumuzdur, Samirin gələcəyindən xəbəri olmayıb. Samiri açılışı təşkil edən qız dəvət edib. Orada 15 hörmətli idmançı vardı, dedik, güldük, bir də baxdıq ki, Samiraldo gəldi. Samirin kim olduğunu hamı bilir, onun orada iştirakı düzgün deyildi. Bizi görən kimi məkanı tərk etməli idi. Samiri görüb əsəbləşdim, özümü saxlaya bilmədim. Digər idmançı dostlar da Samirin orada olduğu üçün narahat oldular.
Deyirlər ki, Samir xəstədir. Xəstədirsə, işi ilə məşğul olsun. Xəstə olsaydı, stilistlik edə bilməzdi. O cəmiyyətə zərər verir. Yaydığı videolarda səsləndirdiyi ifadələr ana-bacılarımıza, gənclərə, uşaqlara ziyandır. Onu dəstəkləyənlər Samirin səviyyəsindədir. Qəlyanı başqa-başqa mənalara yozur, adi ifadələri əxlaqsız mənalara çəkir. Onun sözləri uşaqların ağzına düşüb. Axmaqlığı başqa yerdə etsin. Onun sözləri, hərəkətləri cəmiyyətə zərər verir, insanların əxlaqına mənfi təsir göstərir. Allah onu adi insan yaradıb. Özünü çevirib, nə vəziyyətlərə salıb”.
K.Zeynallı bildirib ki, Samiraldo hüquq-mühafizə orqanlarına müraciət etsə də, ona qarşı mövqeyi dəyişməyəcək: “Hara istəyirsə, müraciət etsin. Çıxıb, məhkəmədə ondan üzr istəmərəm. Lap mənə neçə il iş versinlər, həbsxanada yatım. Amma Samirdən üzr istəmərəm”.