5 Oktyabr 2016 17:01
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ispan aktrisa Mariya Valverde artıq Bakıdadır.

Teleqraf.com xəbər verir ki, aktrisa Nino obrazını canlandırdığı “Əli və Nino” filminin Heydər Əliyev Mərkəzində baş tutacaq premyerasında iştirak edəcək.

Aktrisa sosial şəbəkədə Azərbaycanla bağlı paylaşımlar edib.

Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı-ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandırıb.

Valverdə "Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanıb.

Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci ildə Berlində – alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər