6 Oktyabr 2016 20:53
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanın "Elzanın təbiəti, Mən küləyin gəliniyəm" adlı konserti olub.

Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan konsertdə geyimi ilə yanaşı başındakı güllərdən hazırlanan baş geyimi ilə də diqqət çəkib: "

Bir müddət əvvəl "Bu papağı başımda niyə gəzdirirəm mən" adlı şeirimi təqdim etdim. Papaqlarımın həcmi günü-gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Mənim işlərim də papaqlarıma layiq işlər olsun inşallah".

Elza Seyidcahan şeir yazmasından da danışıb: "Uşaqlıqdan şeir yazıram. Bəzən elə bilirlər ki, şeirlərimi gündəmdə qalmaq üçün yazıram. Bu belə deyil. Yaradacılığımı duyanlar başa düşürlər".

Qeyd edək ki, əməkdar artist gecədə sevilən mahnılarını səsləndirib.

Konsertdə xalq artisti Məleykə Əsədova, müğənni Elton Hüseynəliyev, stilist Samir Əliyev, rəssam Ömər Eldarov və millət vəkili Qənirə Paşayevanın anası iştirak edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər