11 Oktyabr 2016 15:39
13 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə dünyaca məşhur cütlük Ancelina Coli və Bred Pitin ayrılması böyük səs-küy yaratdı. Jurnalistlər ulduz ailənin xəyanətə görə dağıldığını yazdılar.

Bəs bizim məşhurlar? Azərbaycan şou-biznesində ailələr niyə dağılıb, hansı ulduzların sevgi nağılı yarımçıq qalıb?

Teleqraf.com bu mövzuyla bağlı araşdırmanı təqdim edir:

Xalq artisti Faiq Ağayev 2004-cü ildə Nigar Topçubaşova ilə ailə qurub. İfaçının evliliyi uzun çəkməyib. Xalq artisti 2006-ci ildə həyat yoldaşından qalmaqallı şəkildə ayrılmağa qərar verib. Nigar xanım isə mətbuata açıqlamasında Faiq Ağayevdən 2005-ci ildə ayrıldığını, amma ifaçının xahişi ilə bunu gizli saxladığını deyib. Nigar Topçubaşova F.Ağayevdən əvvəl nişanlı olub və qızıl şlyagerdən ayrılandan sonra da yenidən ailə həyatı qurub.

Xalq artisti Aygün Kazımova İlqar adlı şəxslə ailəli olub. O, nikahdan İlqarə Kazımova dünyaya gəlib. Meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olan xalq artisti bir müddət əvvəl ondan ayrılıb. Hazırda Namiq Qaraçuxurlu evlidir və ikinci evliliyindən bir qızı var. Meyxanaçının birinci nikahından iki oğlu var.

Əməkdar artist Röya Ayxan Anar Cəlilovla nikah masasına oturub. Cütlüyün Hüseyn adlı övladı var. Röya həyat yoldaşından ayrılmasının səbəbini açıqlamayıb. O, mətbuata açıqlamasında Anar Cəlilovla qarşlıqlı hörmət əsasında boşandığını deyib. Mətbuatda yayılan məlumata görə, ifaçı hazırda məmur oğlu ilə sevgilidir.

Rəqqasə Oksana Rəsulova reper Elşad Xose ilə 2012-ci ildə ailəli olub. Qısa zamanda ayrılan cütlük hazırda subaydır. Oksana Rəsulova reperdən pis vərdişləri olduğuna görə ayrılıb. Rəqqasənin uşağını itirməsi də ayrılığa səbəb olub. Mətbuatda yayılan məlumata görə, Elşad Xosenin Oksananın avtomobilini satması da ikilinin evliliyinə son qoymasına şərait yaradıb.

Картинки по запросу elsad xose ve oksana

Xalq artisti Nazpəri Dostəliyeva Nəriman Quliyev adı şəxslə ailə qurub. Evliliyi uzun çəkməyən xalq artistinin Əli və Əkbər adlı oğlu var.

Картинки по запросу nazpəri dostəliyeva və həyat yoldaşı

Xalq artisti Flora Kərimova üç dəfə ailə həyatı qurub. Xalq artisti tibb elmləri doktoru İbrahim Topçubaşovla ailə quranda aralarında 20 yaş yaş fərq olub. Flora Kərimova İbrahim Topçubaşov vəfat etdikdən bir müddət sonra qızı Zümrüdün atası ilə ailə qurub.

Xalq artisti Məleykə Əsədova bir dəfə ailə qurub. Gülər adlı qızı var. Boşandıqdan sonra aktrisa mediaya açıqlamasında keçmiş həyat yoldaşının bizneslə məşğul olduğunu və anasının xətrinə onunla evləndiyini deyib.

Картинки по запросу Məleykə əsədova və həyat yoldaşı

Əməkdar artist Elza Seyidcahan bir dəfə ailəli olub. Əkbər adlı oğlu və Gülşən adlı qızı var. Hazırda həyat yoldaşı evlidir.

"Eurovison-2011" qalibi Nigar Camal kiprli Haluk Camalla ailə həyatı qurub. Jasmin və Səidə adlı iki qızı var. Müğənni həyat yoldaşından ayrılıb. Həyat yoldaşından ayrılan Nigar Camalın da məmur oğlu ilə sevgili olduğu haqqında xəbər yayılmışdı.

Картинки по запросу Nigar Camal və həyat yoldaşı

Müğənni Səidə Dadaşovanın ilk nikahı Türkiyə vətəndaşı Səlçuk Gökgözlə olub. Onunla ayrıldıqdan sonra Məhəmməd adlı şəxslə ailə qurub. İkinci nikahından bir övladı var. Mətbuatda ifaçının sürücüsü ilə qeyri-rəsmi münasibətdə olduğu və övladı olduğu haqqında xəbər yayılmışdı. Səidə saytımıza açıqlamasında xoşbəxt olduğunu və həyat yoldaşı ilə rəsmi nikahda olduğunu demişdi.

Müğənni Nura Suri 3 dəfə nikah masasına oturub. Üç oğlu var. İfaçının iki oğlu İngiltərədə təhsil alır. Bir müddət əvvəl Nura Surinin müğənni Samir Cavadzadə ilə sevgili olduğu haqqında xəbər yayılmışdı.

Картинки по запросу Nura Suri və həyat yoldaşı

Aparıcı Azər İsmayılov və Vüsalə Əlzadə ATV telekanalında tanış olublar. 2013-cü ildə ayrılan cütlüyün Dilək adlı qızları var.

Azər İsmayılov bir müddət əvvəl ikinci dəfə ailə qurdu. Aparıcı çox xoşbəxt olduğunu deyib. Vüsalə Əlizadə isə subaydır.

Əməkdar artist Tünzalə Ağayeva prodüser Rəhmanla ailəli olub. Bir qızı var. İfaçı hazırda subaydır.

Картинки по запросу Tünzalə Ağayeva və həyat yoldaşı

Müğənni Zamiq Hüseynov Nigar Rəfiyeva adlı xanımla evlənib. Amma evlilik davam etməyib.

Картинки по запросу Zamiq Hüseynov Nigar Rəfiyeva

Müğənni Mətanət İskəndərli bir dəfə rəsmi nikgahda olub. İfaçı mətbuatda həyat yoldaşı tərəfindən işgəncəyə məruz qaldığı üçün ayrıldığını deyib. İfaçının həyat yoldaşı rəhmətə gedib. İki övladı var.

Xalq artisti Ağadadaş Ağayevin iki dəfə rəsmi nikahda olduğu bildirilir.

Картинки по запросу Ağadadaş Ağayevin ailəsi

Müğənni Almaz Ələsgərli də bir dəfə nikah masasına oturan məşhurlar sırasına aiddir. İki qızı var. Onlar da ailə qurub, ayrılıblar. İfaçının böyük qızı xaricdə yaşayır.

Картинки по запросу Almaz Ələsgərli və həyat yoldaşı

Müğənni Şəbnəm Tovuzlu ikinci dəfə ailə qurub. Onun ilk nikahından bir qızı var. Hazırda ifaçı Hacı Rafiq adlı şəxslə evlidir və ana olmağa hazırlaşır.

Картинки по запросу Şəbnəm Tovuzlu və həyat yoldaşı

Aylin


Müəllif:

Oxşar xəbərlər