Əməkdar artist Coşqun Rəhimov xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb.
Teleqraf.com xəbər verir ki, aktyor “Nəsib olsa” verilişində müğənninin səhnəmizin yeganə “divası” olduğunu deyib: “16 ildir bu işin içindəyik. Amma yanımızda peşəkar biri oturub. Bizim yekə-yekə danışmağımız olmaz. Bu diva bir vaxtlar konsert verəndə hayıl-mayıl olurduq. Bu insanın verdiyi konsertlər və onların səhnəarxası proseslərindən söz gedir. O bunların hamısını canıyla-qanıyla edib. Bizim şou-biznesdə divamız Aygündür. Heç kim boynuna bu adı götürməsin. Bu işin peşəkarı, layiqli insanı var. O, məhz səhnə üçün yaranan insandı”.