24 Oktyabr 2016 10:47
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova ilə Namiq Qaraçuxurlu arasında mal-mülk davası başlayıb.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova “ATV maqazin onlarla” verilişində birlikdə tikdirdikləri bağ evinin meyxanaçıda qalmasına münasibət bildirib: “Bunlar məxfi söhbətlərdir. Haqsızlıqlar oldu, amma bu haqda danışmaq istəmirəm. Söhbət mal-mülkdən gedir. Bunu çox açıqlamayacam. Bəllkə nə zamansa danışaram. Qəlbimdə Namiqə qarşı inciklik qalmayıb”.

Xalq artisti illər öncə Namiqi mal-mülkünü mənimsəməkdə ittiham edib: “Namiq bağ evini əlimdən aldı, həyasızdır”.

Namiq Qaraçuxurlu isə açıqlamasında “Bunlar şəxsi məsələlərdir. Bu haqda məndən açıqlama gözləməyin. Bu qədər dərinə getməyə özümə icazə vermirəm” deyərək keçmiş sevgilisinin cavabını verib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər