Tanınmış aparıcı Kamilə Babayeva efirdə göz yaşlarını saxlaya bilməyib.
Axşam.az-ın məlumatına görə, o, aparıcısı olduğu “5-ci element” verilişində atası ilə bağlı xatirələrini danışıb. Aparıcı bildirib ki, atası faciəli şəkildə dünyasını dəyişib: “Atam tibbi ekspert idi. Bir gün 18 yaşda gənc qız meyidi gətirirlər. Baxışdan sonra müəyyən qeydlər edəsi olur. Atam arxasını meyidə çevirib qeydlərini edir, gecəyarısı olub. Həmin vaxt meyidin qolunda refleks baş verir, qolu atamın çiyninə düşür. Atam ondan qorxur. Gecə maşına oturub, Qax tərəfə gedirmiş. Birdən güzgüdə həmin qızın simasını görür, "qız arxada otubmuş" kimi nəsə görüb. Bu zaman qəza baş verir. Meşə ərazisində olduğu üçün maşın ağaclara çırpılır. Avtomobil yararsız halda olub. Atamı səhər saatlarında tapıblar. Həmin hadisədən sonra səhhəti pisləşir. Bir müddətdən sonra dünyasını dəyişdi".