Şahzadə Keyt Middlton qadın həbsxanasına baş çəkib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Dolce & Gabbana”-dan olan geyimlə məhbusların görüşünə gedib.
Bununla yanaşı, Keyt zorakılığa məruz qalmış qadınların dəstək mərkəzinə də yollanıb. Məhbusların talelərini dinləyən Middlton onların problemi ilə maraqlanıb.